Göyçay sakini özünü asıb

Göyçay sakini özünü asıb
# 18 oktyabr 2010 16:12 (UTC +04:00)
Göyçay. Zahid Abışov – APA. Göyçay rayonunda intihar hadisəsi baş verib. Rayon polis şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Çaxırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1962-ci il təvəllüdlü Qəniyev Eldəniz Camı oğlu özünü yaşadığı evin eyvanından asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR