Azərbaycanın Göygöl rayonunda park gözətçisinə altı güllə vurulub - YENİLƏNİB

Azərbaycanın Göygöl rayonunda park gözətçisinə altı güllə vurulub - <font color=red>YENİLƏNİB</font>
# 19 oktyabr 2010 09:24 (UTC +04:00)
Bu barədə APA-ya Göygöl rayon Polis Şöbəsindən bildirilib. Hadisə ötən gecə qeydə alınıb. Göygöl parkında gözətçi işləyən Etibar İsmayılov naməlum şəxslər tərəfindən odlu silahla qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat istintaq qrupu yaradılıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Göygöl rayon Prokurorluğundan APA-ya bildirib ki, hadisə ötən gecə, 00.00 radələrində Göygöl-Gəncə yolunun 1-ci kilometrliyində, ağac emalı sexinin qarşısında baş verib. Naməlum şəxslər E. İsmayılova “TT” markalı tapançadan 6 güllə vurublar. Hadisənin kimin tərəfindən törədilməsi hələlik müəyyən edilməsə də, xeyli sayda hadisə şahidi dindirilib.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR