İş adamını öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə baxışı təyin olunub

İş adamını öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə baxışı təyin olunub
# 21 oktyabr 2010 14:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışı oktyabrın 28-nə təyin olunub.

İttiham aktına görə, Göygöl rayonu, Yeni Qızılca kənd sakini, 54 yaşlı Ayaz Nağıyevin ailəsi 2009-cu ilin avqust ayında onun itkin düşməsi barədə polisə məlumat verib. Uzun müddət həyata keçirilən axtarış tədbirlərinə baxmayaraq A. Nağıyevi tapmaq mümkün olmayıb. Nəhayət, Göygöl rayon Prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. Nağıyevin qətlə yetirildiyi məlum olub. Hadisəni isə A. Nağıyevin kirvəsi, 27 yaşlı Zaur Nağıyev törədib. Polis tərəfindən saxlanılan Z. Nağıyev A. Nağıyevi öldürərək Şəmkir Su-Elektrik Stansiyası ərazisində Kür çayına atdığını söyləyib. Əraziyə baxış keçirən ekspertlər oradan çürümüş insan qalıqları tapıblar. Tapılan qalıqları tibbi ekspertizaya göndərilib və onun həmin şəxsə aid olduğu müəyyənləşib. Hadisəni törədən Z. Nağıyev, həmçinin ilkin dindirilmə zamanı rayonda fermer təsərrüfatına rəhbərlik edən A. Nağıyevi tamah məqsədi ilə öldürdüyünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR