Gəncədə mağazadan oğurluq etmiş şəxslər tutulub

Gəncədə mağazadan oğurluq etmiş şəxslər tutulub
# 21 oktyabr 2010 21:15 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Nizami küçəsi 2A ünvanında yerləşən mağazada gözətçi kimi qalan 1986-cı il təvəllüdlü Fuad Məmmədov həbs edilib. Məmmədov mağazada olan qab-qacaq və suvenir əşyaları balaca pəncərədən çıxararaq tanışı olan qızlara verirmiş. Belə üsulla Fuad Məmmədov, 27 yaşlı Pərvanə Əliyeva və onun rəfiqəsi 29 yaşlı Validə Musayeva əlbir olaraq mağazadan xeyli sayda mal oğurlaya biliblər. Əldə etdikləri əşyaları sonradan digər mağazalara satan yoldaşların biznesinə polis əməkdaşları son qoyub. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ilkin götürülən maddi sübut təxminən 600 manat dəyərindədir. Hadisə ilə əlaqədar Gəncə şəhər Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.4 maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırması gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR