Xaçmazda üç əxlaqsızlıq yuvası aşkarlanıb

Xaçmazda üç əxlaqsızlıq yuvası aşkarlanıb
# 23 oktyabr 2010 08:47 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva – APA. Azərbaycan Daxili İşlər Nazirliyi İnsan alverinə qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən «Kardinal», «Gülüstan» və «Ailəvi» istirahət mərkəzlərində xüsusi reydlər keçirilib.

APA-nın Şimal bürosunun məlumatına görə, reyd zamanı qadınları qanunsuz olaraq əxlaqsızlığa cəlb etdiyinə görə «Kardinal» istirahət mərkəzini işlədən Xaçmaz rayon sakini Firuz Səmədov saxlanılaraq məsuliyyətə cəlb olunub. Digər iki istirahət mərkəzinin hər birindən isə əxlaqsızlıqla məşğul olan 4 qadın, habelə bu obyektlərə müştəri kimi gəlmiş 4 kişi həbs olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, bu, İnsan alverinə qarşı mübarizə İdarəsinin Xaçmaz rayonunda son üç gündə keçirdikləri ikinci reyddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR