Azərbaycanda sərnişin mikroavtobusunun aşması nəticəsində dörd nəfər xəsarət alıb

Azərbaycanda sərnişin mikroavtobusunun aşması nəticəsində dörd nəfər xəsarət alıb
# 23 oktyabr 2010 09:58 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 08.00 radələrində baş verib.

Elçin İsayevin idarə etdiyi “Mercedes” markalı, 85 CB 069 dövlət nömrə nişanlı mikroavtobusla Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində Ədalət Məmmədovun idarə etdiyi, “20a” marşrutu üzrə hərəkət edən “QAZ-2705” markalı, 10 FU 174 dövlət nömrə nişanlı mikroavtobusun yoluna çıxıb. Toqquşma nəticəsində “QAZ 2705” markalı mikroavtobus aşıb.

Qəza zamanı mikroavtobusda 10-dək sərnişin olub. Onlardan 4-ü - 1965-ci il təvəllüdlü Leyla Məmmədova, 1978-ci il təvllüdlü Mədinə Cərəfova, 1966-cı il təvəllüdlü Səniyə Məmmədova və 1950-ci il təvəllüdlü Nənəxanım Fərəsullayeva xəsarət alıblar.

Xəsarət alan sərnişinlər dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın Travmatologiya Şöbəsindən APA-ya verilən məlumata görə, qonlardan heç birinin həyati təhlükəsi yoxdur, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə ilə əlaqədar Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR