Bakı - Şamaxı - Yevlax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

Bakı - Şamaxı - Yevlax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub
# 25 oktyabr 2010 08:49 (UTC +04:00)
Ağsu. Şahnəzər Bəşirov – APA. Bakı - Şamaxı - Yevlax yolunun 162-ci kilometrliyində, Ağsu rayonu ərazisində yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq - təhqiqat idarəsinin müstəntiqi Mübariz Nəsirovun APA-nın Şirvan bürosuna verdiyi məlumata görə, ötən gecə saat 3. 00-da Ağsu rayon sakini 1981-ci il təvəllüdlü Hacıyev Bəxtiyar Bilal oğlu idarə etdiyi 10 HB 594 dövlət nömrə nişanlı “VAZ 2103” markalı avtomobili yüksək sürətlə idarə edərkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin - 1982-ci Mustafayev Elşad Elman oğlu dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR