Daşkəsəndə avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb

Daşkəsəndə avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb
# 27 oktyabr 2010 09:45 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov-APA. Daşkəsən rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daşkəsən rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü İbrahim İmanov rayonun Xoşbulaq kəndi ərazisində “QAZ-24” markalı avtomobili idarə edərkən yoldan çıxararaq dərəyə aşırıb. Qəza nəticəsində 21 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib. Hadisəyə sürücünün səriştəsizliyinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR