Yevlaxda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Yevlaxda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 27 oktyabr 2010 11:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Yevlax sakini Taleh Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən,
T. Vəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, mayın 3-də saat 18.20 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Vəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Vüqar Əliyevi qətlə yetirib. T. Vəliyev könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub və 1 ədəd ov tüfəngini, 2 ədəd gülləni, 1 ədəd gilizi təhvil verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR