Gürcüstan vətəndaşı Ağdaş rayonunda yol qəzasında ölüb

Gürcüstan vətəndaşı Ağdaş rayonunda yol qəzasında ölüb
# 30 oktyabr 2010 09:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən xəbərinə görə, hadisə bu gün saat 01.15 radələrində qeydə alınıb. Ağdaş rayonu ərazisində Bakı şəhər sakini Asif Balacayev idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırıb. Nəticədə onun sərnişini, Gürcüstan vətəndaşları Eldar Ömərov hadisə yerində ölüb, xəsarət almış qızı Məlahət isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR