İstanbulda bank soyulub

İstanbulda bank soyulub
# 03 yanvar 2011 15:37 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə İstanbuldakı banklardan birinin Fatih rayonundakı şöbəsində qeydə alınıb. Basqını şəxsiyyəti bilinməyən, maskalı və silahlı soyğunçunun törətdiyi bildirilir. Bu gün yerli vaxtla saat 15.15-də baş verən soyğun nəticəsində bankdan 41 min türk lirəsi və 20 min ABŞ dolları aparılıb.

Məlumata görə, silahlı basqınçı bank mühafizəçisini təhdid edərək pulları götürüb.
Basqın edən şəxs qaçarkən mühafizəçinin silahını da özü ilə aparıb.

Hadisədən 45 dəqiqə sonra soyğunçu saxlanılıb. Onun 18 yaşına çatmamış bir şəxs olduğu açıqlanıb.

Polis faktla bağlı araşdırmaları davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR