Avstraliyada daşqın səbəbilə kömür şaxtalarının dörddə üçü bağlanıb

Avstraliyada daşqın səbəbilə kömür şaxtalarının dörddə üçü bağlanıb
# 03 yanvar 2011 22:58 (UTC +04:00)
Bakı-APA. Avstraliyada daşqın səbəbilə Kvinslend ştatının şaxtalarının dörddə üçü bağlanıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, poladəritmə istehsalı üçün nəzərdə tutulan kokslaşan kömürün dünya üzrə 50%-i bu ştatda hasil olunur.

Ümumilikdə Kvinslend ərazisinin 850 min kvadrat kilometri daşqına məruz qalıb. Artıq 3 nəfər həlak olub. 200 min nəfər isə daşqından zərər görüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR