Azərbaycanda qarajda partlayış olub, ata və oğul xəsarət alıb

Azərbaycanda qarajda partlayış olub, ata və oğul xəsarət alıb
# 04 yanvar 2011 10:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda qarajda partlayış olub. APA-nın Daxili İşlər Nazirliyinin saytında istinadən verdiyi məlumata görə, hadisə yanvarın 3-də saat 11.10 radələrində Xəzər rayonu Şağan qəsəbəsi Məktəbli küçəsi, ev 11 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan Rauf Cabbarova məxsus qaranda partlayışa təbii qaz sızması səbəb olub. Nəticədə dağıntı olmasa da, R.Cabbarov və onun oğlu Mirağa yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR