Prokurorluğun Müdafiə Nazirliyinin dələduzluqda təqsirləndirilən əməkdaşları barəsindəki hökmdən verdiyi protest üzrə məhkəmə başlayıb

Prokurorluğun Müdafiə Nazirliyinin dələduzluqda təqsirləndirilən əməkdaşları barəsindəki hökmdən verdiyi protest üzrə məhkəmə başlayıb
# 05 yanvar 2011 08:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin məxfi bölmə rəisi Yaşar Talıbov və Mühafizə Alayının Avtomobil bölüyünün müddətdən kənar hərbi qulluqçusu Şahlar Bədirovun apellyasiya şikayəti və Bakı şəhər Hərbi Prokurorluğunun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protesti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışı yanvarın 11-nə təyin olunub.

İttihama görə, Şahlar Bədirov 2008-ci ilin iyulunda Şamil Səfiyevin Mühafizə Alayında hərbi xidmət keçməsi üçün 1000 ABŞ dolları rüşvət alıb. Bundan başqa, Şahlar Bədirov Yaşar Talıbovla “N” saylı hərbi hissədə xidmət edən mayor Elşən İmanovu rütbəsinə uyğun vəzifəyə təyin edilməsi müqabilində 500 manat alaraq mənimsəyiblər. Təqsirləndirilən şəxslər bu üsulla daha 10-dan çox şəxsi aldadaraq, onların küllü miqdarda pullarını mənimsəyiblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Şahlar Bədirov 8 il 6 ay, Yaşar Talıbov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər.

Qeyd edək ki, Bakı şəhər Hərbi Prokurorluğunun apellyasiya protestində təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR