Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisinin qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisinin qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 06 yanvar 2011 11:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi İsmayıl Allahverdiyevi qətlə yetirməkdə təqsirləndirilən Faiq Yəhyayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışı yanvarın 10-na təyin olunub.

Qeyd edək ki, Faiq Yəhyayev İsmayıl Allahverdiyevin Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işləyən qohumu Habil Bayramovla əlbir olaraq onu mənzilində bıçaqlayaraq qətlə yetiriblər. Onlar İsmayıl Allahverdiyevə 71 bıçaq zərbəsi vurublar. İsmayıl Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gəlib mənzildə kənar şəxslərin olduğunu başa düşərək onlardan mənzilin giriş qapısını açmağı tələb etməklə bu barədə dərhal polisə məlumat veriblər. Bu zaman Habil Bayramov ifşa olunacağını başa düşərək məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən yerə atıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olduqdan sonra İsmayıl Allahverdiyevin meyitini aşkar edib, Faiq Yəhyayev isə mənzildə cinayət başında yaxalanıb. Faiq Yəhyayev Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ittiham olunur. Cinayətin digər iştirakçısı olan Habil Bayramov isə öldüyü üçün onun barəsindəki cinayət işinə xitam verilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisə tamah məqsədi ilə törədilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR