Hərbi prokurorun müavini: “Qəbələ RLS-də rusiyalı zabitin qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılır” - EKSKLÜZİV

Hərbi prokurorun müavini: “Qəbələ RLS-də rusiyalı zabitin qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılır” - <font color=red>EKSKLÜZİV</font>
# 06 yanvar 2011 13:06 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov məlumat verib. O qeyd edib ki, cinayət işinin istintaqı Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılır.

Ş. İmranov istintaq sirri olduğundan qətlin təfərrüatları barədə əlavə açıqlama verməyib.

Qeyd edək ki, Ş. İmranovun rəhbərliyi ilə Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları hazırda Qəbələ rayonundadırlar. Hadisənin araşdırılması üçün Rusiyadan da hüquq-mühafizə orqanları əməkdaşlarının Qəbələyə gəlməsi gözlənilir.

Xatırladaq ki, məlum hadisə yanvarın 2-də qeydə alınıb. Qəbələ RLS-də xidmət edən rusiyalı zabit, 47 yaşlı mayor Sergey Mixayloviç Qraçov hərbçi yoldaşı tərəfindən qətlə yetirilib. Qətli törədən şəxsin saxlandığı bildirilsə də, onun adı açıqlanmır. Onu da əlavə edək ki, bəzi məlumatlara görə, qətlin motivi qarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR