Lənkəranda uşaq bağçası yanıb, 40 nəfər təxliyə edilib

Lənkəranda uşaq bağçası yanıb, 40 nəfər təxliyə edilib
# 06 yanvar 2011 14:18 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 240 kv/m olan uşaq bağçasındakı otağın tavanının yanar konstruksiyaları 2 kv/m sahədə yanıb. Hadisə zamanı həmin bağçada olan 40 nəfər uşaq yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bağçanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR