Bakıda özəl şirkətin əməkdaşı qarət olunub

Bakıda özəl şirkətin əməkdaşı qarət olunub
# 07 yanvar 2011 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda özəl şirkətin ekspeditoru qarət olunub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, hadisə İ. Şərifli küçəsində qeydə alınıb. «Sahiboğlu» şirkətinə məxsus «Ford» markalı avtomobildən ekspeditor Könül Baxşəliyevanın çantasından şirkətə məxsus 1000 manat və sənədlər oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Əkbərov yanvarın 6-da tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR