Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Yevlax sakini həbs edilib

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Yevlax sakini həbs edilib
# 07 yanvar 2011 08:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Yevlax sakini həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 6-sı saat 17.00 radələrində Atatürk prospektində Yevlax rayon sakini Elşad Hüseynlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobilindən 70,32 qram narkotik vasitə olan heroin və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR