Bakıda inzibati binaya bomba qoyulması barədə məlumat yalan çıxıb

Bakıda inzibati binaya bomba qoyulması barədə məlumat yalan çıxıb
# 07 yanvar 2011 10:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda inzibati binaya bomba qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, yanvarın 6-dan 7-ə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən inzibati binaya partlayıcı qurğu qoyulması barədə nazirliyə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin edib və hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə axtarış işləri aparıblar. Axtarış nəticəsində həmin binada şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 01:15-də başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR