Azərbaycan Teleradio İstehsalat Birliyinin mənimsəmədə təqsirləndirilən əməkdaşları məhkəmədə ifadə veriblər

Azərbaycan Teleradio İstehsalat Birliyinin mənimsəmədə təqsirləndirilən əməkdaşları məhkəmədə ifadə veriblər
# 07 yanvar 2011 10:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İstehsalat Birliyi) mənimsəmədə təqsirləndirilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sahibəli Əliyev ifadə verib. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib.

Digər təqsirləndirilən şəxs Şəlalə İbrahimova isə ifadəsində Sahibəli Əliyevin vasitəsi ilə qanun pozuntusuna yol verildiyini deyib.

Proses yanvarın 10-da davam etdiriləcək.

İttihama görə, Teleradio İstehsalat Birliyinin filial müdiri Sahibəli Əliyev və həmin filialın daha iki əməkdaşı – baş mühasib Məhəbbət İbadova və mühasib Şəlalə İbrahimova tutduqları vəzifədən sui-istifadə edərək 620 min manat vəsaiti mənimsəyiblər. Adıçəkilən şəxslər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilənlər - Məlahət İbadova və Şəlalə İbrahimova cinayət məsuliyyətinə cəlb edilmələrinə baxmayaraq, onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR