Maskalı şəxslər Tovuz rayon sakininin evinə basqın ediblər

Maskalı şəxslər Tovuz rayon sakininin evinə basqın ediblər
# 07 yanvar 2011 10:14 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Naməlum şəxslər Tovuz rayon sakininin evinə basqın edərək pul və zinət əşyaları götürüblər. Tovuz rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, yanvarın 5-də saat 02:00 radələrində maska taxmış 3 naməlum şəxs Tovuz rayon Peşə Litseyində müəllimə işləyən rayon sakini, 1957-ci il təvəllüdlü Nüşabə Tağıyevanın evinə basqın ediblər. Onlar ev sahibəsinin əlini və ağzını bağlayaraq evdə olan pulların və qızıl zinət əşyalarının yerini söyləməsini tələb ediblər. Ölümlə hədələnən müəllimə pulun və qızıl zinət əşyalarının yerini dedikdən sonra naməlum şəxslər evdən 162 manat nəğd pul və 4070 manat dəyərində qızıl əşyaları götürüb qaçıblar. Hadisə ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR