“Borçalı” Kommersiya Bankının beynəlxalq axtarışda olan keçmiş baş mühasibinin məhkəməsi başlayıb

“Borçalı” Kommersiya Bankının beynəlxalq axtarışda olan keçmiş baş mühasibinin məhkəməsi başlayıb
# 07 yanvar 2011 10:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Borçalı” Kommersiya Bankının keçmiş baş mühasibi İlham Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı yanvarın 10-na təyin olunub. Proses davam etdiriləcək.

Qeyd edək ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı toplanmış materiallar əsasında rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermiş, etibardan sui-istifadə, aldatma və talama yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək mənimsəmiş “Borçalı” Kommersiya Bankının keçmiş baş mühasibi Namazov İlham İbrahim oğlu barəsində 7 fevral 2005-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.3.2, 179.2.1, 179.2.3, 179.3.2 və 313.-cü maddələri ilə cinayət işi başlanıb. Araşdırma zamanı İ. Namazovun 2005-ci ildə istintaqdan gizlənmək məqsədilə Azərbaycanın hüdudlarını tərk etdiyi müəyyənləşdirilib və barəsində dövlətlərarası axtarış elan olunub.

Azərbaycan və Rusiya hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Namazov 2010-cu ilin sentyabr ayında Saratov vilayətində həbs olunaraq Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR