Azərbaycan Baş Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

Azərbaycan Baş Prokurorluğunda geniş əməliyyat müşavirəsi  keçirilib
# 07 yanvar 2011 15:22 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov 2010-cu ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün uğurlu hesabat dövrü olduğunu qeyd edib. Ölkənin digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2010-cu il ərzində cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi qeyd edən Z. Qaralov kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğunu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görüldüyünü vurğulayıb.

Əməliyyat müşavirəsində 2011-ci ildə korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizənin təşkili və yaranmış vakansiyalara təyinatların aparılması yolu ilə kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2011-ci ildə 100 ştat vahidi üzrə elan edilmiş qulluğa qəbulun mütəşəkkil şəkildə həyata keçirilməsi, 2010-cu ilin yekunlarının təsdiq edilmiş qrafikə uyğun olaraq Baş Prokurorluğun struktur qurumlarında müzakirələrinin aparılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar zəruri təşkilati tədbirlərin görülməsi barədə konkret göstərişlər verilib.

Əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 2010-cu ildə cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov tərəfindən 2011-cu ilin birinci yarımili üçün Baş Prokurorluğun iş planı barədə məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR