Azərbaycan paytaxtında intihar hadisəsi baş verib

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib
# 08 yanvar 2011 07:38 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Yanvarın 7-də saat 23.00 radələrində Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, Hüseyn Seyidzadə küçəsində yaşayan 1959-cu il təvəllüdlü Yaşar Qasımov evində olan ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR