Azərbaycan paytaxtında avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb

Azərbaycan paytaxtında avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb
# 08 yanvar 2011 09:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Azərbaycan paytaxtında oğurluqda təqsirləndirilən şəxslər həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Bakı şəhər sakini Vüqar Qafarov maşınlardan açar seçmə yolu ilə oğurluq etdiyinə görə, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər oxşar hadisə isə Bakının Yasamal rayonunda qeydə alınıb. Yasamal rayon Polis İdarəsinin əməkdaşları maşınlardan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Seymur Cavadovu həbs ediblər. Onun üzərinə baxış zamanı ondan 0, 175 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR