Türkiyədə azərbaycanlı iş adamını təhdid edərək 6 milyon dollar tələb edən cinayətkar dəstənin üzvləri həbs olunub

Türkiyədə azərbaycanlı iş adamını təhdid edərək 6 milyon dollar tələb edən cinayətkar dəstənin üzvləri həbs olunub
# 08 yanvar 2011 09:05 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə azərbaycanlı iş adamı Cavid Sadıqovu təhdid edərək ondan 6 milyon dollar pul tələb edən cinayətkar qrupun üzvləri həbs olunub.

Bu barədə APA-nın Türkiyə bürosuna açıqlama verən Cavid Sadıqov bir müddət əvvəl naməlum şəxslər tərəfindən təhdid olunduğunu və bununla bağlı prokurorluğa müraciət etdiyini deyib: “Həmin şəxslər bundan əvvəl mənim iş ortağım Vedat Turanı qətlə yetiriblər. Özünü vəkil kimi təqdim edən bir şəxs mənə zəng vuraraq dedi ki, əlində 6 milyon dollar borc ödəməli olduğum haqda veksel kağızı var və bu məbləği ödəməliyəm. Mən dərhal təhdidlərlə bağlı prokurorluğa məlumat verdim. Telefonuma gələn zənglərin siyahısı çıxarıldı və əməliyyat keçirilərək altı şəxs həbs olundu. Bu gecə səhərə kimi prokurorluqda istintaqa ifadə vermişəm”.

Qeyd edək ki, Cavid Sadıqov azərbaycanlı iş adamıdır və Türkmənistanın inşaat sektorunda çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR