İran-Azərbaycan-Türkiyə-Rusiya marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxslərə hökm oxunub

İran-Azərbaycan-Türkiyə-Rusiya marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxslərə hökm oxunub
# 10 yanvar 2011 08:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində İran-Azərbaycan-Türkiyə-Rusiya marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər - Zeynal Myasnikov, Tacəddin Həsənov və Mehman Baxışov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunublar. İstintaq zamanı məlum olub ki, həmin şəxslər əlbir olaraq bir qrup şəxs halında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Zeynal Myasnikov, Tacəddin Həsənov, Mehman Bağışov və istintaqa adları məlum olmayan İran vətəndaşları arasında narkotik vasitələrin qaçaq yolla İrandan Azərbaycana, sonradan isə eyni üsulla Türkiyə Respublikasına, oradan da Rusiyaya göndərilməsi barədə əvvəlcədən razılıq əldə edilib. Bu razılaşmaya əsasən, İran vətəndaşları 102 kiloqram 716 qram həşiş qətranını yük maşınında gizlədərək qaçaq yolla İrandan Azərbaycana göndəriblər.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələrinin müvafiq bəndləri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR