Azərbaycanın Ağstafa rayonunda hərbçilər yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib, bir nəfəri öldürüblər - YENİLƏNİB

Azərbaycanın Ağstafa rayonunda hərbçilər yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib, bir nəfəri öldürüblər - <font color=red>YENİLƏNİB</font>
# 10 yanvar 2011 09:52 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 10-da gecə saatlarında Ağstafa rayonunun Qırılı kəndi ərazisində, Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Üç naməlum şəxs məntəqəyə gələrək orada operator işləyən, 33 yaşlı Məmməd Məmmədova avtomat silahdan atəş açıblar. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Quldurlar operatorun öldüyünü görüb hadisə yerindən qaçıblar.

Həyata keçirilən araşdırmalar nəticəsində hadisəni törədənlərin hərbçilər olduğu müəyyənləşib. Hadisəni törətməkdə şübhəli bilinən əsgərlər Əzizağa Alıyev, Sənan Mehdiyev və Saleh Əsgərov tutulublar.

Ağstafa Rayon Prokurorluğundan APA-nın qərb bürosuna bildirilib ki, hadisə bu gecə saat 02.00 radələrində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əsgərlər Əzizağa Alıyev, Sənan Mehdiyev və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Saleh Əsgərov saxlanılıblar.

Onlar ilkin dindirmə zamanı hadisəni tamah məqsədilə törətdiklərini etiraf edərək yanacaqdoldurma məntəqəsinə pul ələ keçirmək üçün basqın etdiklərini, ancaq operatorun sayıqlığı nəticəsində istəklərin nail olmadıqlarını bildiriblər. Basqında iştirak edən əsgər Sənan Mehdiyev də hadisə zamanı güllə yarası alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR