Banqladeşdə kütləvi iğtişaşlar baş verib

Banqladeşdə kütləvi iğtişaşlar baş verib
# 11 yanvar 2011 02:55 (UTC +04:00)
Bakı-APA. Dəkkə fond birjasında ölkənin əsas indeksi 9% aşağı düşdükdən sonra Banqladeşin paytaxtında kütləvi etiraz aksiyaları keçirilib. Minlərlə sərmayəçi və broker şirkətlərinin əməkdaşları küçələrə çıxaraq hökumətdən kompensasiya tələb ediblər.

Onlar aksiya zamanı küçədəki maşınları yandırıblar və sıradan çıxarıblar. Nümayişçilər antihökumət şüarları səsləndiriblər.

Nümayişi dağıtmaq üçün polis aksiyaya müdaxilə edib. Eyni zamanda Banqladeşin fond bazarının fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR