Bakı-Quba yolunda yük maşını yanacaqdoldurma məntəqəsinə çırpılıb

Bakı-Quba yolunda yük maşını yanacaqdoldurma məntəqəsinə çırpılıb
# 11 yanvar 2011 10:40 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Hadisə bu gün günorta saatlarında Bakı-Quba yolunun 18-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qeydə alınıb. Yük maşını idarəetməni itirərək yol kənarındakı yanacaqdoldurma məntəqəsinə dəyib. Qəza nəticəsində bir nəfər xəsarət alıb. BDYPİ-dən bildirilib ki, qəza zamanı partlayış qeydə alınmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR