Narkotik alverçilərinə hökm oxunub

Narkotik alverçilərinə hökm oxunub
# 11 yanvar 2011 13:41 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Hikmət Yüzbaşov 13 il, Elnur Feyziyev isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Feyziyev və Hikmət Yüzbaşov narkotik vasitə olan heroini satarkən tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR