Azərbaycan Baş Prokurorluğu Bakıda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb

Azərbaycan Baş Prokurorluğu Bakıda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb
# 11 yanvar 2011 16:09 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 11-də saat 04.00 radələrində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 72, mənzil 34-də yaşayan Mehrəliyev Rövşən Qəribxan oğlu öz anası, 1950-ci ildə anadan olmuş Mehrəliyeva Elmira Şərafəddin qızını, arvadı, 1978-ci ildə anadan olmuş, Mehrəliyeva Lalə Qədim qızını və iki uşağı - 2004-cü ildə anadan olmuş Səidə Mehrəliyevanı və 2006-cı ildə anadan olmuş İlham Mehrəliyevi bıçaqla qəsdən öldürüb. Rövşən Mehrəliyev daha sonra özünə də bıçaqla xəsarət yetirib və o, “Azərsu” Səhmdar Cəmiyyətinin xəstəxanasına yerləşdirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Rövşən Mehrəliyev 1973-cü ildə Bakı şəhərində anadan olub, orta təhsillidir. Son vaxtlar psixi gərginlik halını keçirməklə onda özünə qapanma, çılğınlıq müşahidə olunmaqla yanaşı, arvadı ilə mütəmadi mübahisələri olub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb və hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR