Ağstafada yanacaqdoldurma məntəqəsinə silahlı basqının bəzi təfərrüatları açıqlanıb

Ağstafada yanacaqdoldurma məntəqəsinə silahlı basqının bəzi təfərrüatları açıqlanıb
# 12 yanvar 2011 09:32 (UTC +04:00)
O, APA-ya açıqlamasında basqın qarət məqsədi daşıdığını bildirib.

U. Məmmədovun sözlərinə görə, hadisə yanvarın 10-da, gecə saat 02.00 radələrində qeydə alınıb. İki naməlum şəxs yanacaqdoldurma məntəqəsinə gələrək operatorun otağına yaxınlaşıb və qapını döyüb. Operator Məmməd Məmmədov qapını açarkən naməlum şəxslər avtomat silahı onun başına dirəyərək pul tələb ediblər. M. Məmmədov onların əlindən silahı almağa çalışarkən atəş açılıb. Xoşbəxtlikdən silahdan açılan beş güllə heç kimə dəyməyib. Operator silahı onların əlindən alandan sonra quldurların hər ikisinə yüngül xəsarət yetirib. Lakin naməlum şəxslər qaçmağa müvəffəq olublar.

M. Məmmədov dərhal yanacaqdoldurma məntəqəsinin anbardarına, sahə müvəkkilinə və Qırılı kənd icra nümayəndəsinə zəng edərək, silahlı basqına məruz qaldığını bildirib və kömək istəyib. Həmin vaxt “Jiquli” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil olub. Operator görüb ki, gələn kəndçisi Sahib Əsgərovdur: “Sahib həm də onun qohumudur. Məmməd Məmmədov kəndçisinə deyib ki, “zapravkada” hadisə olub, gedin, sonra gələrsiniz. Operator yenidən icra nümayəndəsinə zəng edib və tez gəlmələrini xahiş edib. Sahib Əsgərov isə icra nümayəndəsi ilə telefonla danışan Məmməd Məmmədova avtomatdan atəş açaraq onu öldürüb. Sonra isə operatorun götürdüyü silahı da alaraq hadisə yerindən qaçıb”.

U. Məmmədov deyib ki, basqın zamanı yanacaqdoldurma məntəqəsində az miqdarda pul olub və kassadan heç nə götürülməyib. Buna baxmayaraq o, basqının sırf qarət məqsədi daşıdığını deyib.

Qeyd edək ki, məlum hadisə yanvarın 10-da gecə saatlarında Ağstafa rayonunun Qırılı kəndi ərazisində, Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Naməlum şəxslər məntəqəyə gələrək orada operator işləyən, 33 yaşlı Məmməd Məmmədova avtomat silahdan atəş açıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Quldurlar operatorun öldüyünü görüb hadisə yerindən qaçıblar.

Həyata keçirilən araşdırmalar nəticəsində hadisənin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin kiçik çavuşu Əsgərov Sahib Əsgər oğlu, əsgərlər Mehdiyev Sənan Rza oğlu və Ağayev Ulduz Əbilağa oğlu tərəfindən törədildiyi məlum olub. Baş vermiş hadisə ilə əlaqədar Müdafiə Nazirliyi dərhal araşdırmaya başlayıb və təqsirkarlar müəyyən edilərək həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR