Azərbaycanda insan alverinə görə 4 nəfər saxlanılıb

Azərbaycanda insan alverinə görə 4 nəfər saxlanılıb
# 12 yanvar 2011 10:29 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda insan alveri ilə bağlı iki fakt aşkarlanıb. APA Daxili İşlər Nazirliyinin (DİN) internet səhifəsinə istinadən xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mənsur Ramazanov və Şəmkir rayon sakini Famil Etibarlı gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə saxlanılıblar.
İdarə əməkdaşlarının həyata keçirdikləri başqa bir əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Hikmət Mərdanov və Beyləqan rayon sakini Sənan Hacıyev tutulublar. Onlar gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edərək Sabunçu stansiyası ərazisindəki evlərdən birində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR