ADNA-da baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilənlərin hakimə etirazla bağlı vəsatətləri təmin olunmayıb

ADNA-da baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilənlərin hakimə etirazla bağlı vəsatətləri təmin olunmayıb
# 12 yanvar 2011 14:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayında baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov bildirib ki, təqsirləndirilən şəxslərin hakimə etirazla bağlı verdikləri vəsatət təmin olunmayıb.

Daha sonra vəkillər müdafiə etdikləri şəxslərlə görüşmək üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmə bunu nəzərə alıb. Proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər prosesə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılmasına etiraz ediblər. Bununla bağlı vəsatətə Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi baxaraq qərar verib.

Bundan əvvəl isə təqsirləndirilən şəxslərin məhkəmə istintaqının yenidən aparılması ilə bağlı kassasiya şikayəti təmin olunmayıb. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını əsas tutaraq məhkəməni istintaqsız aparmaq qərarına gəlib. Bundan narazı qalan təqsirləndirilən şəxslər hakimə etiraz ediblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Təqsirləndirilənlər Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (te rorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

ADNA-da baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR