Qanunsuz transplantasiya ittihamı ilə həbs edilən türkiyəli həkim azadlığa buraxılıb

Qanunsuz transplantasiya ittihamı ilə həbs edilən türkiyəli həkim azadlığa buraxılıb
# 12 yanvar 2011 15:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, prokurorluqda 2 saat dindirilən həkim həbs-qətimkan tədbiri tələbi ilə məhkəmə önünə çıxarılıb. Lakin məhkəmə həbs-qətimkan tədbirinə ehtiyac görməyib. Doktor Sönməz istintaq müddətində azadlıqda olacaq.

Y. E. Sönməz məhkəmə binasından çıxarkən bir jurnalistin “orqan ticarəti ilə məşğul olduğunuz haqda iddialarla bağlı nə deyə bilərsiniz” sualına “orqan ticarəti deyə bir şey yoxdur. Olmayan bir hadisənin sübutu da olmaz. Hüquq sisteminə güvənirəm. İfadə verdim və sərbəst buraxıldım” cavabını verib. O, İnterpol tərəfindən axtarışda olması məsələsinə də aydınlıq gətirib: “Ayda iki dəfə xaricə gedib-gəlirəm. İnterpol tərəfindən axtarılsam, xaricə gedib-gələ bilməzdim”.

Qeyd edək ki, Y. E. Sönməz Bakıda bir neçə il fəaliyyət göstərən və ötən il bağlanan “Nur” klinikasında da çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR