Zaqatalada yanğın baş verib

Zaqatalada yanğın baş verib
# 12 yanvar 2011 21:24 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumata görə, yanğın hadisəsi bu gün axşam saat 22-15 radələrində rayonun Aşağı Tala kəndində Barxalov Pərvizin yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 161 kvadratmetr olan altıaçıqda baş verib. Hadisə yerinə dərhal FHN-nin DYMX-i Zaqatala YMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində Pərviz Barxalova məxsus altıaçığın 125 kvadratmetr sahəsinin yanar konstruksiyaları və altıaçığa yığılmış 300 ədəd quru ot bağlaması(6 ton quru ot kütləsi) yanaraq yararsız hala düşüb. Zaqatala YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Zaqatala YMH-də yanğının başvermə səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR