Avropa Komissiyası prezidentinin səfəri ilə bağlı Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Avropa Komissiyası prezidentinin səfəri ilə bağlı Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 13 yanvar 2011 09:20 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

V. Əsədovun sözlərinə görə, Joze Manuel Barozzunun təhlükəsizliyini təmin etmək məqsədi ilə paytaxtın yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu gün saat 17.00-dan yanvarın 14-dək Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəşid Behbudov, Bakıxanov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, İstiqlaliyyət, Azərbaycan, Əziz Əliyev küçələri, Neftçilər prospekti, Azadlıq meydanı və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.

V. Əsədov sürücülərə müraciət edərək onları bu müddət ərzində alternativ yollardan istifadə etməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR