Azərbaycanın Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub

Azərbaycanın Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub
# 13 yanvar 2011 09:39 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, ötən gecə saat 00.30 radələrində naməlum şəxslər Lənkəran şəhər sakini Ədalət Fərman oğlu Muradova məxsus rayonun Narbağı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə girərək küt alətlə operator, Narbağı kənd sakini, 1970-ci il təvəllüdlü Elçin Müzəffər oğlu Həsənova bədən xəsarəti yetiriblər. Onlar daha sonra kassadakı 49 manat məbləğində pulu götürərək aradan çıxıblar. E. Həsənov hadisə barədə dərhal məntəqənin müdirini və yaxınlarını məlumatlandırıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən zərərçəkmişin vəziyyəti hazırda orta-ağırdır.
Lənkəran Şəhər Polis Şöbəsinin baş müstəntiqi Elnur Məmmədov daxil olmuş ərizəyə müvafiq araşdırmalara başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR