Gəncə-Daşkəsən yolunda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gəncə-Daşkəsən yolunda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
# 13 yanvar 2011 09:43 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov - APA. Azərbaycanın Daşkəsən rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 12-də Gəncə-Daşkəsən yolunun Bayan kəndi ərazisində keçən 26-cı kilometrliyində qeydə alınıb. Kamal İbrahimovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil Gəncə-Daşkəsən yolunda hərəkət edərkən qarlı yolda dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü - 55 yaşlı Kamal İbrahimov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər Elmira Məmmədova, Anar Musayev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəyə səbəb kimi yolun qarlı və sürüşkən olması və avtomobilin texniki tələblərə cavab verməməsi göstərilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR