Ombudsman Aparatının əməkdaşları Mövsüm Səmədovla görüşüblər

Ombudsman Aparatının əməkdaşları Mövsüm Səmədovla görüşüblər
# 13 yanvar 2011 10:15 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı bu müəssisədə iki şəxsin – Mövsüm Mərdan oğlu Səmədov və Dəyanət Ələsgər oğlu Səmədovun saxlandığı müəyyən edilib. Mövsüm Səmədovun sənədləri ilə tanışlıq zamanı məlum olub ki, o, 7 yanvar 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmadığı üçün Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 13 gün müddətinə inzibati həbs seçilib.

Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qrupun üzvləri saxlanılan şəxslərin hər biri ilə təkbətək görüşərək söhbət aparıblar. Söhbət zamanı hər iki saxlanılan şəxs saxlandıqları müddətdə onlara qarşı rəftardan və saxlanma şəraitindən narazılıq etməyiblər. Həmin şəxslərin razılığı ilə onların bədəninə vizual baxış keçirilib, xəsarət əlamətləri aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR