Azərbaycanda daha üç nəfər dəm qazından zəhərlənib

Azərbaycanda daha üç nəfər dəm qazından zəhərlənib
# 13 yanvar 2011 11:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Bərdə rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib. APA Daxili İşlər Nazirliyinin internet səhifəsinə istinadən xəbər verir ki, hadisə yanvarın 12-də baş verib. Bərdə rayon sakinləri Elçin Şükürov, onun həyat yoldaşı Zenfira və oğlu Emin evindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR