Azərbaycan İslam Partiyasının qərargahında və Mövsüm Səmədovun evində axtarış aparılıb

Azərbaycan İslam Partiyasının qərargahında və Mövsüm Səmədovun evində axtarış aparılıb
# 13 yanvar 2011 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan İslam Partiyasının (AİP) qərargahında hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb və qərargahın qapısı möhürlənib.

AİP funksioneri Kərbəlayı Natiq Kərimovun APA-ya verdiyi məlumata görə, partiyanın Nərimanov rayonu ərazisində yerləşən qərargahında saat 09.00 radələrində başlayan axtarış saat 14.00-a qədər davam edib. Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları təşkilatın ofisində olan bir neçə kompüter, kitab və əlavə nəşrləri götürüblər.

N. Kərimov onu da bildirilib ki, 1 saat əvvəl AİP sədri Hacı Mövsüm Səmədovun mənzilində də istintaq qrupu tərəfindən axtarış tədbirlərinə başlanılıb: “Hüquq-mühafizə orqanları axtarış aparmaq üçün Hacı Mövsüm Səmədovun mənzilinə gəliblər. Həyat yoldaşı Mehparə Səmədova polis əməkdaşlarına deyib ki, evdə kişi olmadığından qapını aça bilməz. Bundan sonra Mövsüm Səmədovun Qubadakı qohumlarına zəng olunub ki, Bakıya gəlsinlər. Onlar gələndən sonra evdə axtarış başlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR