Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Eldar Mahmudovla görüşüb - FOTO

Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Eldar Mahmudovla görüşüb - <font color=red>FOTO</font>
# 13 yanvar 2011 14:25 (UTC +04:00)
Bakı-APA. Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Azərbaycana səfərə gələn Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanov Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Daha sonra Eldar Mahmudovla Viktor İvanov arasında görüş keçirilib. Görüşdə V. İvanovun Azərbaycana səfəri hər iki dövlətin təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üzrə əməkdaşlıq baxımından vacib addım kimi qiymətləndirilib. E. Mahmudov Azərbaycanda cinayətkarlıqla, onun təhlükəli təzahürləri ilə mübarizədə milli təhlükəsizlik orqanları tərəfindən görülən məqsədyönlü tədbirlərlə bağlı ətraflı məlumat verib.

Nazir qaçaqmalçılıqla mübarizə istiqamətində ötən bir il ərzində milli təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 ton 200 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılıdığını diqqətə çatdırıb. O, bu tədbirlər sırasında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, birgə həyata keçirilib 11 əməliyyat nəticəsində 800 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 22 nəfər məsuliyyətə cəlb olunub.
Görüşdə regionda gedən proseslər, kriminal vəziyyət və ona təsir edən amillər, o cümlədən narkotiklərin qanunsuz istehsalı, kultivasiya olunduğu ehtimal ərazilər, daşınma marşrutları və bundan irəli gələn təhdidlər barədə fikir mübadiləsi aparılıb.
V. İvanov Rusiya aidiyyatı qurumlarının Azərbaycanın müvafiq strukturları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi ilə birgə transmilli cinayətkarlığa qarşı aparılan mübarizəyə böyük əhəmiyyət verdiyini bildirib. Qonaq, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onun doğurduğu fəsadlara qarşı məqsədyönlü və səmərəli mübarizə aparıldığını, bu sahədə iki və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişafını xüsusi qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb. Yekun olaraq «Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında» Saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR