Azərbaycanın Lənkəran rayonunda ötən il 8 nəfər QİÇS-dən ölüb

Azərbaycanın Lənkəran rayonunda ötən il 8 nəfər QİÇS-dən ölüb
# 14 yanvar 2011 07:02 (UTC +04:00)
Bunu APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov verib. Onun sözlərinə görə, ötən 10 il müddətində isə Lənkərandan ümumilikdə 50 nəfər bu xəstəliyin qurbanı olub. R. İbişov bildirib ki, 2010-cu ildə cənub bölgəsi sakinlərindən 19 mindən çox qan nümunəsi götürülərək laboratoriyada müayinə olunub. Nəticədə 70 qan nümunəsində HİV daşıyıcısı aşkar edilib ki, onlardan da 27 nəfəri Lənkəran, 20 nəfəri Astara, 14 nəfəri Masallı, 8 nəfəri Cəlilabad, 1 nəfəri isə Yardımlı rayonunun payına düşür. Ümumilikdə isə bölgə üzrə QİÇS-ə yoluxanların sayı 426 nəfərə çatıb. Bunlardan 214 nəfəri Lənkəran rayonunda, 92 nəfəri Astara rayonunda, 80 nəfəri Masallı rayonunda, 30 nəfəri Cəlilabad rayonunda, 6 nəfəri Lerik rayonunda, 4 nəfəri isə Yardımlı rayonunda yaşayır. Xəstələrin 20 faizini qadınlar, böyük əksəriyyətini isə 30-40 yaşlı gənclər təşkil edir. Laboratoriya müdiri deyib ki, QİÇS əsasən miqrantlar arasında yayılmış xəstəliklərdən olduğuna görə, 3 aydan çox respublikadan kənarda yaşayan şəxslər mütləq laboratoriya müayinəsindən keçməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR