Azərbaycan paytaxtında qətl hadisəsi baş verib

Azərbaycan paytaxtında qətl hadisəsi baş verib
# 14 yanvar 2011 07:29 (UTC +04:00)
Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə Əhməd Rəcəbli küçəsi, 5 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Oleq Semitsov şəxsi münaqişə zəminində 1974-cü il təvəllüdlü Sənan Salmanovu bıçaqlayıb. S. Salmanov aldığı bıçaq xəsarətindən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR