Azərbaycan paytaxtında üç polisin bıçaqlanması ilə nəticələnən kütləvi davada xəsarət alan şəxs xəstəxanada ölüb

Azərbaycan paytaxtında üç polisin bıçaqlanması ilə nəticələnən kütləvi davada xəsarət alan şəxs xəstəxanada ölüb
# 14 yanvar 2011 08:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda üç polisin bıçaqlanması ilə nəticələnən kütləvi davada xəsarət alan şəxs xəstəxanada ölüb. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elvin Əsgərov ötən gün axşam saatlarında aldığı ağır bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə yanvarın 13-də saat 02.00 radələrində “Neon Palace” şadlıq sarayının yaxınlığında, Mikayıl Əliyev küçəsi, 15 ünvanında qeydə alınıb.

Restorandan çıxan bir qrup şəxs küçədə dava edib. Davaya müdaxilə edən Çevik Polis Alayının əməkdaşları Elçin Zirəddin oğlu Mütəllimov, Zülfüqar Ələkbər oğlu Süleymanov və Səbuhi Tağı oğlu Ağayev bıçaqlanıblar. Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR