Moskvada dələduzluqla məşğul olan azərbaycanlı tutulub

Moskvada dələduzluqla məşğul olan azərbaycanlı tutulub
# 14 yanvar 2011 10:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Moskvada dələduzluqda günahlandırılan Mirələsgər Seyidov saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Baş İdarəsinin əməliyyat-axtarış bürosunun rəisi Konstantin Qrebnyovun APA-ya verilən məlumata görə, Moskvada M. Seyidov növbəti dəfə fırıldaqçılıq edərkən saxlanılıb. Onun son 6 ayda Novosibirskdə fırıldaqçılıqla xeyli pul mənimsədiyi məlum olub.
İnsanların etibarından sui-istifadə edən M. Seyidovun saxta sənədlər düzəldərək onlarla şəxsi aldatdığı məlum olub. Əməliyyatçılar tərəfindən əldə olunmuş sənədlərə görə, M. Seyidov Novosibirskdə qardaşı ilə birlikdə qeydiyyatdan keçirdiyi QHT vasitəsilə qeyri-qanuni yolla əldə etdiyi 14 milyon rublu leqallaşdırıb.
M. Seyidov hazırda Moskvada saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR