Hüquq müdafiəçisi: “Hacı Məmmədov heç kimlə görüşmür, unudulmasını istəyir”

Hüquq müdafiəçisi: “Hacı Məmmədov heç kimlə görüşmür, unudulmasını istəyir”
# 14 yanvar 2011 12:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. E. Behbudov təcridxanada saxlanılan 3 nəfər təqsirləndirilən şəxslə görüşdüyünü deyib: “Onlar dələduzluqda təqsirləndirilirlər. Biri özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib, bir nəfər isə hakerlik etdiyinə görə saxlanılıb. Hər üçü özlərini təqsirli bilir. Saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri yoxdur”.

Hüquq müdafiəçisi təcridxanada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da görüşmək istədiyini deyib: “Lakin mənə bildirdilər ki, Hacı Məmmədov heç kimlə görüşmək istəmir. O tamamilə yaddan çıxmaq istəyir. Özü də dəfələrlə deyib ki, məni unudun. Bundan başqa, Hacı Məmmədov şəkər xəstəliyindən əziyyət çəkir. Lakin həkimlərin onu müalicə etməsini istəmir. O, öz bildiyi üsullarla özünü müalicə etməyə çalışır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR